Kanada 40 min əfqan qaçqını qəbul edəcək

Kanada 40 min əfqan qaçqını qəbul edəcək
  13 Oktyabr 2021    Oxunub:505
Kanada hakimiyyəti ABŞ və digər ölkələr tərəfindən Əfqanıstandan təxliyə edilən 40 min əfqanı qəbul edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo "Twitter"də yazıb.

"Kanada Əfqanıstandan 40 min qaçqını qəbul edəcək və digər dövlətləri də bu ölkədən olan qaçqınların təhlükəsiz yerləşdirilməsi üçün səylərini artırmağa çağırırıq", - baş nazir söyləyib.

Onun sözlərinə görə, Ottava yalnız hərbi əməliyyatlar zamanı Kanada hərbçilərinə yardım edən əfqanıstanlılar və onların ailələrini deyil, həm də statusları bu ölkənin humanitar proqramlarına uyğun olan şəxsləri də qəbul edəcək.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Kanada   Əfqanıstan  





Xəbər lenti