PUA ilə məhv edilən erməni polkovnik: Aprel döyüşlərinin iştirakçısı olub

   PUA ilə məhv edilən erməni polkovnik:   Aprel döyüşlərinin iştirakçısı olub
  13 Oktyabr 2021    Oxunub:1037
Ermənistanın tanınmış blogeri, hərbi məsələləri araşdıran Aram Gevorqyan ötən ilin bu günü ordumuz tərəfindən məhv edilmiş yüksək rütbəli zabit haqqında danışıb.
Azvision.az xəbər verir ki, yerli mediaya açıqlama verən Gevorqyan polkovnik -leytenant Ara Şahbazyanın PUA ilə məhv edildiyini deyib.

Ordumuz Tiqranın 76 nəfərlik dəstəsini 4 saata məhv edib
- Şahbazyan 22 il Ermənistan ordusunda xidmət edib 2011-2018-ci illərdə ailəsi ilə birgə Cəbrayıla köçərək taborun qərargah rəisi və hərbi hissənin əməliyyat bölməsinin rəisi vəzifələrini tutub. O, Aprel döyüşlərində də iştirak etmişdi.

Qeyd edək ki, Aram Gevorqyan ölkəsində hökumətin gizlin saxladığı hərbi məlumatları aşkarlaması ilə tanınır. O son bir ildə müharibədə ölən xeyli sayda erməni döyüşçünün adının rəsmi şəkildə açıqlanan itki siyahısında olmamasını üzə çıxarıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:   PUA   Cəbrayıl   Müharibə  





Xəbər lenti