Britaniya Azərbaycanın iqtisadi inkişafını dəstəkləyir

Britaniya Azərbaycanın iqtisadi inkişafını dəstəkləyir
  13 Oktyabr 2021    Oxunub:578
Britaniyanın Azərbaycandakı səfirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə "Böyük Britaniyanın azad zonaları: siyasətin formalaşması və modeli" mövzusunda vebinar təşkil edib.
Bu barədə Azvision.az - a Britanıyanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, vebinarda bu ölkənin Beynəlxalq Ticarət Nazirliyinin əməkdaşı Aleks Parker, Afifa Xan, Xəzinədarlıq Nazirliyinin nümayəndəsi Kris Kavud, Yüksəlmə, Mənzil və İcmalar Nazirliyindən Qabriel Bernard-Hardinq iştirak ediblər. Onlar İngiltərə üçün azad zona modeli və siyasətin formalaşması prosesi haqqında danışıblar. Eyni zamanda, azad zonaların bərpa olunan enerji sektoru üçün faydaları və investisiyaların cəlb edilməsi üçün əsas uğur faktorları müzakirə edilib. Görüşdə Britaniyanın Azərbaycanın iqtisadi inkişafını dəstəklədiyi vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Britaniya   Azərbaycan  





Xəbər lenti