"Zəngəzur dəhlizi təkcə İranı deyil, Hindistanı da narahat etməyə başlayıb"- Voskanyan

  13 Oktyabr 2021    Oxunub :293
   "Zəngəzur dəhlizi təkcə İranı deyil, Hindistanı da narahat etməyə başlayıb"-   Voskanyan
Erməni politoloq, radikal açıqlamaları ilə tanınan Vardan Voskanyan son vaxtlar İranın bölgədə gərginliyi artırmasının səbəbini izah edib.
Azvision.az xəbər verir ki, yerli mediaya açıqlama verən politoloq rəsmi Tehranın ardınca Hindistanın da Ermənistanla münasibətləri dərinləşdirməsinin təsadüfi olmadığını deyib.

- Son günlər bölgəmizdə vəziyyət gərginləşib. Hazırda Zəngəzur dəhlizi kimi tanınan Turan dəhlizi təkcə İranı deyil, Hindistanı da narahat etməyə başlayıb. Bu səbəbdən bu iki ölkə əlindən gələni edir ki, yeni iqtisadi-siyasi layihələr reallaşdırsın.

Erməni politoloq Tehranın bölgədəki qarışıq siyasi proseslərdə aktivlik göstərdiyini xüsusi vurğulayaraq ölkəsinin Zəngəzur dəhlizinə deyil Hindistanla İranın təklif etdiyi yeni layihələrə dəstək olmalarını vacib sayıb.

Qeyd edək ki, dünən Hindistan Xarici işlər naziri Subrahmanyam Cayşankar Ermənistana gəlib. O, Ermənistana səfər edən ilk Hindistan xarici işlər naziridir.

Tural Tağıyev
Azvision.az

Teqlər: İran   Hindistan   Dəhliz  







Xəbər lenti