Ermənistanın hesabatına alternativ sənəd təqdim olundu
Sahib Məmmədov təmsil etdiyi təşkilatın təqdim etdiyi alternativ hesabatı bir daha təsdiqləyib, lakin hesabatın təqdim olunduğu vaxtda əsaslı dəyişikliklərin baş verməsi barədə komitə üzvlərini məlumatlandırıb. VƏHML tərəfindən verilən bəyanatda göstərilir ki, "Alternativ hesabatın təqdim olunduğu vaxtdan sonra vəziyyət əsaslı surətdə dəyişib, 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin növbəti provokasiyasına qarşı əks-hücum başlanıb və 44 gün davam edən müharibə Rusiya, Ermənistan və Azərbaycan arasından bağlanmış üçtərəfli bəyanatla başa çatıb. Azərbaycan işağ olunmuş əraziləri azad edib və ərazilərin erməni silahlı birləşmələri tərəfindən dərhal boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi Azərbaycan ordusunun ərraziləri işğaldan azad etməsi nəticəsində icra olunub. Hesabatda göstərilən azərbaycanlı mülki girov və əsirlər mübadilə zamanı Azərbaycana verilib. Azərbaycan ərazilərində kompakt yaşayan 25 000 nəfərdən artıq etməni təhlükəsiz yaşamaqda davam edir.
Bununla belə, 44 gün davam edən müharibə dövründə Ermənistan silahlı qüvvələri müharibə zonasından 30-50, 100 və bəzən 300 km məsafədə olan Azərbaycan şəhərlərinə ballistik raketlər ataraq 100 nəfərdən artıq mülki əhalini qətlə yetirib. Döyüş xəttinə yaxın ərazilərə Ermənistan tərəfində qadağan olunmuş fosforlu və kaset bombalar atılıb.
Ermənistan tərəfi 44 gün davam edən müharibə zamanı əsr götürdüyü azərbaycanlı hərbçilərə münasibətdə qəddar davaranışlar nümayış etdirib. Əsrlər işgəncələrə məruz qalıb və bir hissəsi qətlə yetirilib. Lakin üçtərəfli bəyanat imzaladıqdan sonra hər Azərbaycan, həm Ermənistan əsrləri mübadilə edib”.
Lakin brifinqdə iştirak edən erməni QHT-lər bəyanatın səsləndirlməsinə mane olublar və Komitə prezidentindən dərhal bəyanatın səsləndirlməsinin dayadırımasını tələb ediblər. Bununla belə təşkilatın bəyanatının əsas hissələri o cümlədən Ermənistanın hərbi cinayəti barədə olan hissə Komitə üzvlərinin diqqətinə çatdırılıb.
VƏHM tərəfindən təqdim olunan alternativ hesabatla BMT İnsan Hüquqları Üzər Ali Komissarın rəsmi veb səhifəsində tanış olmaq olar.
Azvision.az
Teqlər: