“İtalyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır” - Dövlət başçısı

   “İtalyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır” -    Dövlət başçısı
  13 Oktyabr 2021    Oxunub:2365
“İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır”. Azvision.az -ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi zamanı “İtaliyanın yenidənqurma işlərinə cəlb edilməsi nəzərdə tutulurmu və ya İtaliya artıq bu işlərdə iştirak edirmi?” sualına cavabında deyib.
Dövlət başçısı qeyd edib ki, yenidənqurma işlərinə cəlb edilən ölkələr arasında İtaliyanın ikinci olması təsadüfi deyil:

“Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti