9 ayda 1,5 milyona yaxın qida nümunəsi götürülüb

9 ayda 1,5 milyona yaxın qida nümunəsi götürülüb
  14 Oktyabr 2021    Oxunub:455
​2021-ci ilin 9 ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalarda ümumilikdə 1 428 232 nümunə müayinə edilib.
Azvision.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, bir gündə 7 mindən çox nümunənin analizi deməkdir: "Aparılmış müayinələr zamanı nümunələrin 6 624 və ya 0.46%-də uyğunsuzluq aşkarlanıb. Ötən ilin eyni dövründə isə 1 250 450 nümunə müayinə edilmişdi, nümunələrin 33 996 və ya 2.7%-də uyğunsuzluq aşkarlanıb. Sevindirici haldır ki, uyğunsuzluqların sayı nəzərəçarpacaq dərəcədə azalıb”.

​Q. Təhməzli qeyd edib ki, AQTİ tərəfindən 9 elmi-tədqiqat layihəsi həyata keçirilib və hazırda bir sıra elmi-tədqiqat işləri davam etdirilir: "Onlardan əkinçilikdə istifadə edilən yeni nəsil mikrobioloji məhsullar, antibiotiklərin quşçuluqda istifadəsi və antibiotiklərə dözümlülüyün elmi qiymətləndirilməsi mövzularında elmi-tədqiqat işləri həyata keçirilib və ilkin nəticələr əldə olunub. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə çirklənmiş çayların biofilterlər vasitəsilə təmizlənməsi pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində əkin sahələrinin suvarılmasında istifadə ediləcək suyun toksiki maddələrdən bioloji əsaslı filterlər vasitəsilə təmizlənməsi həyata keçiriləcək".

Aytən Zəhra
Azvision.az




Teqlər: AQTA  





Xəbər lenti