Paşinyan daha bir bacarıqsız səfirini geri çağırır

Paşinyan daha bir bacarıqsız səfirini geri çağırır
  14 Oktyabr 2021    Oxunub:874
Ermənistan hökuməti daha bir ölkədəki diplomatını geri çağıracaq. Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Bildirilir ki, İspaniyadakı səfir Vladimir Karmirşalyan tezliklə vəzifəsindən azad ediləcək.

- Karmirşalyan bacarıqsız diplomatlar sırasındadır. Ona görə yox ki, o İspaniyada xüsusi olaraq yaddaqalan bir işi görmür, sadəcə xarakterinə görə seçilmir.
Ermənistan İrana yeni səfir təyin edib
Qəzet iddia edir ki, Karmirşalyanı "Mənim addımım" fraksiyasından olan keçmiş deputat Sos Avetisyan əvəz edəcək.

Xatırladaq dünən Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan da geri çağırılmışdı. 1999-cu ildən bu yana mühüm vəzifələrdə çalışmış Tumanyan Robert Köçəryanın kadrı sayılırdı. Tumanyanın yerinə isə Arsen Avakyan təyin edilib.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Paşinyan   Səfir  





Xəbər lenti