Latviya prezidenti koronavirusa yoluxub

Latviya prezidenti koronavirusa yoluxub
  14 Oktyabr 2021    Oxunub:902
Latviyanın prezidenti Eqil Levits koronavirusa yoluxub. Azvision.az xəbər verir ki, onun estoniyalı həmkarı Alar Karis ilə görüşdən əvvəl verdiyi testin nəticəsi müsbət olub.
"Estoniyanın yeni prezidenti Alar Karis ilə görüş ərəfəsində dövlət başçısı Eqil Levits COVID-19 üçün ekspress testdən keçdi və onun infeksiyaya yoluxduğu təsdiq edildi. Buna görə də Karisi parlamentin sədri İnara Murnies Levits qəbul edəcək", - məlumatda deyilir.

Prezident estoniyalı həmkarı ilə telefonla əlaqə saxlayıb və görüşün başqa vaxta təxirə salınmasını istəyib. Lakin bunun yeni vəzifəsində ilk xarici rəsmi səfər olduğunu deyən Karis, Seym sədri ilə görüşməyi qəbul edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Latviya   Prezident   Virus  





Xəbər lenti