Səkkiz tibb müəssisəsi ilə bağlı materiallar Prokurorluğa göndərilib

   Səkkiz tibb müəssisəsi ilə bağlı materiallar Prokurorluğa göndərilib
  14 Oktyabr 2021    Oxunub:677
"Bu ilin 9 ayında 58 tibb müəssisəsində xəstələrin qidalanma rejiminin təmin olunması, həmçinin qida normalarının normativ sənədlərin tələblərinə uyğun tətbiq edilməsi ilə bağlı yoxlamalar həyata keçirilib".
Azvision.az -ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 8 tibb müəssisəsində aşkar edilmiş pozuntularla bağlı materiallar Baş Prokurorluğa göndərilib. Həmçinin 28 tibb müəssisəsinin məsul şəxsləri yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti