Azərbaycana idxal edilən kartofa yeni tələblər müəyyən edilib

Azərbaycana idxal edilən kartofa yeni tələblər müəyyən edilib
  14 Oktyabr 2021    Oxunub:560
Azərbaycana idxal edilən toxumluq və ərzaqlıq kartof məhsuluna yeni tələblər müəyyən edilib.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni tələblər Azərbaycana məhsul ixrac edən ölkələrə təqdim olunub: "Payız mövsümündən etibarən, kənd təsərrüfatı məhsullarının ixrac olunduğu əsas idxal tələbləri nəzərə alınaraq, ümumilikdə pomidor 25, kartof 25, soğan 20, şaftalı və nektarin 19, alma, armud, ərik, albalı, gavalı 18, nar və zoğal 12, xurma 10 zərərli orqanizmə görə müəyyən ediləcək ki, bu da fitosanitar sertifikatlaşma müddətinin artmasına səbəb ola bilər".

Aytən Zəhra
Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti