Ermənistan ordusunda 15 milyonluq yeyinti: ABŞ-dan göndərilən "hədiyyə" yoxa çıxıb- FOTOLAR

  Ermənistan ordusunda 15 milyonluq yeyinti: ABŞ-dan göndərilən "hədiyyə" yoxa çıxıb- FOTOLAR
  14 Oktyabr 2021    Oxunub:1359
Ermənistan mətbuatı müdafiə nazirliyində ciddi yeyintilərə yol verilməsi ilə bağlı daha bir faktı üzə çıxarıb. AzVision.az xəbər verir ki, saytlar Amerikada yaşayan erməni milyonçu Maykl Saryana istinad edərək, ordudakı təminatla bağlı müəmmalı proseslərin getdiyini yazırlar.
Əvvəllər separatçı rejimə dəstəyi ilə yadda qalmış Saryan sosial şəbəkələrdə paylaşım edərək yazıb ki, onun Ermənistan hökumətinə - orduya göndərdiyi yardımları təyinatı üzrə yönəltməyərək satıblar.


"Tonoyan işi" böyüyür: Eks-nazir Paşinyanı beynəlxalq sirləri açmaqla hədələyir
- Mən iki il ərzində Ermənistanın həm Səhiyyə, həm də Müdafiə Nazirliyinə 15 milyon dollardan çox tibbi avadanlıq və ləvazimat göndərdim. İndi eşidirəm ki, müdafiə naziri Ermənistana pulsuz hədiyyə etdiyim bu qiymətli texnikaları satıb! Ortalıqda heç bir vəsait də yoxdur. Şəkildə gördüyünüz avadanlıqların yanan əsgərlər üçün istifadə edilməsi güman olunurdu. Amma onlar ölkədən kənarda satıldı... Çünki bu avadanlıqların heç biri Ermənistanda yoxdur. 700 min dollara satıb pulu da ciblərinə qoyublar. Ayıb olsun. Başqa kiminsə öz ölkəsi və xalqına belə xəyanət edə biləcəyi real görünmür!



Xatırladaq ki, bir müddət öncə Milli Təhlükəsizlik Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə ilə bağlı cinayət işini başladıb. İş üzrə hələlik 3 şəxsin adı hallanır. Saxlanılan keçmiş müdafiə naziri David Tonoyan, "Davo" ləqəbli Müdafiə Nazirliyinin silah tədarükçüsü olmuş David Qalstyan və Baş qərargah rəisinin müavini Stepan Qalstyana ağır iş kəsiləcəyi gözlənilir. Amma eks-nazir istintaqçılara izahat verməkdən imtina etdiyi üçün iş uzanır. Ehtimal edilir ki, məhkəmə qarşısına yeni hərbiçi və məmurlar da çıxsın.







Tural Tağıyev
Azvision.az



Teqlər:   Milyonçu   Ermənistan   Müdafiə-Nazirliyi  





Xəbər lenti