ÜST koronavirusun laboratoriyadan sızmasını istisna etmir

   ÜST koronavirusun laboratoriyadan sızmasını istisna etmir
  14 Oktyabr 2021    Oxunub:1211
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada pandemiyaya səbəb olan yeni növ koronavirusun laboratoriyadan sızması versiyasını istisna etməyib.
Azvision.az xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib.

- Koronavirusun heyvanlardan yayılma ehtimalından tutmuş, laboratoriyadan sızmasına qədər bütün fərziyyələr araşdırılmalıdır. ÜST əvvəlcə açıq və şəffaf bir elmi prosesin aparılmasına çağırıb -, Qebreyesus deyib.

Onun sözlərinə görə, virusun mənşəyini araşdırmaq elm aləmi üçün son dərəcə vacibdir. Eyni zamanda, ÜST rəhbəri koronavirus infeksiyasının mənşəyinin ilkin səbəbini aydınlaşdırmağın uzun müddət çəkəcəyini vurğulayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: ÜST   Virus  





Xəbər lenti