Pakistanın səfiri Leyla Abdullayeva ilə görüşüb

Pakistanın səfiri Leyla Abdullayeva ilə görüşüb
  14 Oktyabr 2021    Oxunub:743
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə səfir Tviter səhifəsində paylaşım edib.

“Görüşdə ikitərəfli əlaqələri müzakirə etdik. Pakistan- Azərbaycan əlaqələri davamlı olaraq yüksələn xətlə inkişaf edir”, -Haye vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Pakistan   Səfir   XİN   Görüş  





Xəbər lenti