Peyvənd olunan yeniyetmələrin sayı açıqlandı

Peyvənd olunan yeniyetmələrin sayı açıqlandı
  14 Oktyabr 2021    Oxunub:696
"Bu günə qədər 357 yeniyetmə vaksinasiyada iştirak edib".
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, peyvənd olunan yeniyetmələr arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb:

"Yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstər olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər".

Aytən Zəhra
Azvision.az



Teqlər: Peyvənd  





Xəbər lenti