Beyrutdakı aksiyada ölənlərin sayı 6 nəfərə yüksəlib

Beyrutdakı aksiyada ölənlərin sayı 6 nəfərə yüksəlib
  14 Oktyabr 2021    Oxunub:939
Livanın paytaxtı Beyrutda nümayiş iştirakçılarına atəş açılması nəticəsində 6 nəfər ölüb, 60-dan çox yaralı var.
Azvision.az "Al Mayadeen" kanalı məlumat yayıb.

Qeyd olunub ki, 2020-ci ilin avqustunda Beyrut limanında baş verən partlayışla əlaqədar araşdırma aparan hakim Tariq Bitarın vəzifədən azad edilməsini tələb edən nümayişçilər Ədliyyə Nazirliyinin binasına doğru gedərkən onlar atəşə tutulub.

Məlumata görə, atəş binaların damlarına yerləşdirilən snayperlərdən açılıb. Paytaxtda atışma davam edir, yerlərdə yanğınlar baş verir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Livan  



Xəbər lenti