Rusiya Ermənistan ordusuna 100 min vaksin verdi

  14 Oktyabr 2021    Oxunub :210
Rusiya Ermənistan ordusuna 100 min vaksin verdi
Rusiyanın "Sputnik V" peyvəndini daşıyan xüsusi təyyarə Ermənistanın Erebuni aviabazasına enib.
Azvision.az xəbər verir ki, bu barədə yerli mediaya Rusiyanın Ermənistandakı səfirliyinin ikinci katibi İqor Ratuşnyak məlumat verib. Onun sözlərinə görə, 50 min ikiqat doza üçün nəzərdə tutulmuş vaksin yükü xüsusi uçuşla İrəvana gətirilib. Peyvənd partiyası 50 min hərbçi üçün nəzərdə tutulub.

- Yük Ermənistan Müdafiə Nazirliyi üçün nəzərdə tutulub ki, bu da hər iki ölkənin nazirləri arasında əvvəllər əldə edilmiş razılaşmalar çərçivəsində reallaşdı - Ratuşnyak deyib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Rusiya   Vaksin   Ermənistan  







Xəbər lenti