İran İsraildən qorxub BMT-yə müraciət etdi

   İran İsraildən qorxub BMT-yə müraciət etdi
  14 Oktyabr 2021    Oxunub:2253
Tehran BMT Təhlükəsizlik Şurasına İsraili İranın nüvə obyektlərinə hücuma cəhd etməməyə çağıran bir məktub göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt Rəvançinin xəbərdarlıq məktubunda deyilir:

"Biz sionist rejimi İrana və nüvə proqramına qarşı hər hansı yanlış addımlar və ya hərbi cəhdlərdən çəkinməyə çağırırıq".

Diplomat qeyd edib ki, son illər İsraildən gələn təhdidlər "təhlükəli səviyyəyə" yüksəlib. Ravançi əlavə edib ki, BMT-nin qurucu ölkələrindən biri olan İsrail tərəfindən İrana qarşı açıq və müntəzəm təhdidlər BMT-nin Nizamnaməsinin kobud şəkildə pozulması deməkdir.

Azvision.az



Teqlər: İran   İsrail   BMT  





Xəbər lenti