Daha iki ölkə Türkiyədən “Bayraktar” almaq istəyir

   Daha iki ölkə Türkiyədən “Bayraktar” almaq istəyir
  14 Oktyabr 2021    Oxunub:1013
Daha iki ölkə “Bayraktar TB2" pilotsuz uçuş aparatlarını (SİHA) almaq istəyir.
Azvision.az Türkiyə mətbuatına istinadən bildirir ki, Efiopiya və Mərakeşin BAYKAR tərəfindən istehsal olunan silahlı pilotsuz uçuş aparatlarını (SİHA) alınması üçün müraciət etdikləri iddia edildib.

"Reuters" Agentliyinə məlumat verən türkiyəli səlahiyyətli bildirib ki, Mərkakeş ilk partiya PUA-ları may ayında təhvil alıb. Efiopiyanın müraciətinin aqibəti isə hələ bəlli deyil.

Qeyd edək ki, Türkiyə istehsalı olan "Bayraktar" PUA-ları ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən uğurla istifadə olunub. Sözügedən PUA-lara 44 günlük Vətən Müharibəsindən sonra dünyada maraq artıb.

Azvision.az



Teqlər: Bayraktar   Türkiyə  





Xəbər lenti