Sumqayıtda binada yanğın, sakinlər təxliyə edilib

Sumqayıtda binada yanğın,  sakinlər təxliyə edilib
  15 Oktyabr 2021    Oxunub:1353
Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
Bu barədə Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin məlumatına görə, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavan 7 m² sahədə və 1 ədəd plastik qapı əriyib. Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  



Xəbər lenti