"Sülhməramlılar ermənilərin miqrasiya tempindən narahatdır"- Ermənistan mediası

   "Sülhməramlılar ermənilərin miqrasiya tempindən narahatdır"-   Ermənistan mediası
  15 Oktyabr 2021    Oxunub:683
Ermənistan mətbuatı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin surətlə köç etməsi barədə yazıb. İkinci Qarabağ müharibəsindən sonra köç prosesinin normal olduğunu yazan saytlar son zamanlar mühacirətin artmasını anormal hal kimi qiymətləndiriblər.
Azvision.az xəbər verir ki, erməni mediası işsizlik, sosial problemlər və daim qorxu içində yaşamaq səbəbindən Azərbaycan ərazilərindən qaçan ermənilərin artıq sülhmərmalılar üçün də "başağrısı" yaratdığını yazır.

- Əldə etdiyimiz məlumata görə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rus sülhməramlılarının rəhbərliyi və ümumilikdə Rusiya rəhbərliyi ermənilərin mühacirətinin sürətlə artmasından çox narahatdır. Onlar mühacirətin Qarabağdakı demoqrafik mənzərəni dəyişə biləcəyinə inanırlar və insanların artıq yaşamadığı torpaqları qorumağa ehtiyacı olmayacaq. Sülhməramlıların beş illik müddəti başa çatdıqda və Qarabağdakı ermənilərin sayının kəskin şəkildə azaldığı məlum olduqda, onların gələcəkdə burada yenidən xidmət aparması məsələsi də havada qala bilər.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra sülhməramlıların müşaiyəti altında xeyli sayda erməni Qarabağa qaytarılmışdı. Lakin sonrakı aylarda erməni mediası Xankəndi və digər ərazilərdən silsilə reortajlar hazırlayaraq insanların işsizlik və sosial problemlər səbəbindən yavaş-yavaş bölgəni tərk etdiyini yazırdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Sülhməramlı   Ermənistan  





Xəbər lenti