Azərbaycan iqtisadiyyatı 4,8% artıb

Azərbaycan iqtisadiyyatı 4,8% artıb
  15 Oktyabr 2021    Oxunub:1072
2021-ci ilin yanvar-sentyabr aylarında ölkədə 62 877,4 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb.

ÜDM istehsalının 40,1 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,2 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6279,0 manata bərabər olub.

Azvision.az


Teqlər: İqtisadiyyat  





Xəbər lenti