Beyrutda ölənlərin sayı 7 nəfərə çatıb

 Beyrutda ölənlərin sayı  7 nəfərə çatıb
  15 Oktyabr 2021    Oxunub:853
Livanın paytaxtı Beyrutda baş verən atışmalarda ölənlərin sayı 7 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin “Al Hadath” kanalı məlumat yayıb.

Qeyd olunub ki, atışmalar zamanı 32 nəfər yaralanıb, onların bəzilərinin vəziyyəti ağırdır.

Daha əvvəl 6 nəfərin öldüyü, 30 -dan çox yaralının olduğu barədə məlumat verilmişdi.

Xatırladaq ki, Beyrutun mərkəzi hissəsində, Ədliyyə sarayının qarşısında keçirilən aksiya zamanı snayper kütləyə atəş açıb.

Livanın Baş naziri Nəcib Mikati bu gün ölkədə matəm günü elan edib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Livan  





Xəbər lenti