Aclıqdan əziyyət çəkənlərin sayı 800 milyonu keçdi

Aclıqdan əziyyət çəkənlərin sayı 800 milyonu keçdi
  15 Oktyabr 2021    Oxunub:708
Dünyada aclıqdan əziyyət çəkənlərin sayı xeyli artıb. Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın "Welthungerhilfe" təşkilatı məlumat yayıb.
Təşkilatın hesabatına görə bir il ərzində müharibə, koronavirus pandemiyası və iqlim dəyişikliyi səbəbiylə aclıqdan əziyyət çəkənlərin sayı nəzərə çarpacaq dərəcədə artaraq 800 milyonu keçib.

Eyni zamanda, planetdə daha 41 milyon insan aclıq həddinə çatıb.

"Welthungerhilfe"nin baş katibi Matias Mogge deyib ki, müharibə olduğu yerdə infrastruktur dağıdılır, tarlalar xarab olur, insanlar kəndlərdən qaçırlar. Beləcə qida problemi ilə üz-üzə qalanların sayı artır.

Hesabatda aclıqdan ən çox Afrika və Asiya bölgəsində yaşayanların əziyyət çəkdiyi vurğulanır. Hazırda isə sözügedən problemlə ən çox Somali üzləşir. Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Madaqaskar və Yəməndəki vəziyyətin də gərginləşdiyi və narahatlıq səviyyəsinə çatdığı bildirilir. Alman mütəxəssislər durumun daha da pisləşəcəyini proqnozlaşıdır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Aclıq   Somali  





Xəbər lenti