Rusiya Telman İsmayılova görə Monteneqroya sorğu göndərib

 Rusiya Telman İsmayılova görə Monteneqroya sorğu göndərib
  15 Oktyabr 2021    Oxunub:765
Rusiyanın Baş Prokurorluğu Azərbaycan əsilli iş adamı Telman İsmayılovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Monteneqroya ekstradisiyası ilə bağlı sorğu göndərib.
Azvision.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Oktyabrın 7-də İsmayılovun Rusiyaya ekstradisiyası ilə bağlı müraciət diplomatik kanallar vasitəsilə Monteneqronun Ədliyyə Nazirliyinə göndərilib", - açıqlamada deyilir.

Xatırladaq ki, daha əvvəl Telman İsmayılovun Rusiyada siyasi təqiblərə məruz qaldığı üçün Monteneqrodan sığınacaq istədiyi barədə məlumat yayılıb.

Qeyd edək ki, T.İsmayılov və qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib. Qardaşlar qətl və qanunsuz silah alverində ittiham olunurlar.
İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir. Sözügedən cinayəti törədən Mehman Kərimov 13 il azadlıqdan məhrum edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti