"Üç milyard insan sağlam qidalana bilmir" - Baş katib

 "Üç milyard insan sağlam qidalana bilmir" -    Baş katib
  15 Oktyabr 2021    Oxunub:785
BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Qida Günü münasibətilə müraciət ünvanlayıb.
Azvision.az - ın məlumatına görə, Baş katib deyib ki, Dünya Qida Günü planetdəki hər bir insan üçün qidanın əhəmiyyətini xatırlatmaqla yanaşı, dünyada ərzaq təhlükəsizliyinə nail olmaq üçün hərəkətə çağırışdır.

"Bu gün bəşəriyyətin təxminən 40 faizi - üç milyard insan sağlam qidalana bilmir.
Aclıq artmaqdadır. Yetərsiz qidalanma və çəki artımı də eynilə çoxalıb. COVID-19-un iqtisadi təsirləri vəziyyəti daha da pisləşdirib. Pandemiyaya görə daha 140 milyon insan ehtiyac duyduğu qidanı əldə edə bilmir. Eyni zamanda, qidanı istehsal, istehlak və israfetmə tərzimiz planetimizə ağır zərbə vurur. Bunun təbii sərvətlərimiz, iqlimimiz və təbii mühitimizə göstərdiyi tarixi təzyiq bizə hər il trilyonlarla dollara başa gəlir. Bu ilin mövzusundan da aydın olduğu kimi, bunları dəyişmək öz əlimizdədir.

"Hərəkətlərimiz gələcəyimizdir", - Qeterreş əlavə edib.

O xatırladıb ki, ötən ay dünya BMT-nin Qida Sistemləri Zirvəsində bir araya gəldi: "Ölkələr qida sistemlərini dəyişdirmək üçün cəsarətli öhdəliklər götürdülər. Sağlam qidalanmanı daha əlverişli və əlçatan, qida sistemlərini istehsal və emaldan marketinqə, daşınmaya və çatdırılmaya kimi hər addımda daha səmərəli, davamlı və dayanıqlı etmək üçün. Hamımız qidanı necə istehlak edəcəyimizi dəyişə və daha sağlam seçimlər edə bilərik. Bunu özümüz və planetimiz üçün etməliyik. Qida sistemlərimiz üçün hələ də ümid var.

Builki Dünya Qida Günündə hər bir insan üçün daha yaxşı bəslənmə, mühit və həyatı təmin edən qida sistemləri vasitəsi ilə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün dəyişikliyə aparan addımlar atmaq öhdəliyini götürək".

Pərvanə Sultanova
Azvision.az




Teqlər: BMT   Qida-Günü  





Xəbər lenti