Ərdoğanla Merkel hansı mövzuları müzakirə edəcək?

 Ərdoğanla Merkel hansı mövzuları müzakirə edəcək?
  15 Oktyabr 2021    Oxunub:805
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Almaniya kansleri Angela Merkel bu ölkəyə səfər edəcək.
Azvision.az “Hurriyet”ə istinadən xəbər verir ki, səfəri zamanı Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələrin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın inkişafı üçün atıla biləcək addımlar müzakirə ediləcək.

Məlumata görə, liderlərin görüşündə həmçinin Türkiyə-Avropa İttifaqı əlaqələri, Liviya, Suriya və Əfqanıstan məsələləri də daxil olmaqla regional və beynəlxalq mövzular diqqətdə olacaq.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Türkiyə   Almaniya  





Xəbər lenti