Ata vəsiyyətinin şəhəri: Dirçələn Şuşa - VİDEOREPORTAJ

 Ata vəsiyyətinin şəhəri:  Dirçələn Şuşa -  VİDEOREPORTAJ
  15 Oktyabr 2021    Oxunub:5307
Şuşa vəsiyyət şəhəridir. Atalarımızın vəsiyyəti. Amma Ali Baş Komandan üçün bu, xüsusi bir vəsiyyət idi.
Onun Ata vəsiyyətinin yerinə yetirməsinin subutlarından biri də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Düşmən 30 ilə yaxın müddətdə Azərbaycana aid bütün tarixi və mədəni izləri silməkdə xüsusi amansızlıqlar göstərmişdi. Məscidlər, türbələr, heykəllər, tarixi binalar və s. dini- mədəni sərvətlərimiz vandallıqla üzləşdi. Barbarların məhvə məruz qoyduqları, dağıtdıqları abidələrdən biri də Ulu Öndərin xüsusi səyilə sovet dövründə tikilmiş və şəxsən özünün açılışını etdiyi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi olub.

Abidədən demək olar ki heç nə qalmamışdı. Bir neçə daş parçasından başqa... Şuşanın azadlığa qovuşması ilə başlayan ata vəsiyyətinin icrası bu abidənin də Şuşaya qaytarılması ilə davam edir. Adibə artıq işğaldan öncəki halına dönüb. Eləcə də digər tarixi məkanların işğaldan öncəki vəziyyətlərinə gətirilməsi üçün işlər görülür.
"Tarixi məkanlar" demişkən, Cıdır düzünün özünəməxsus aurası istər-istəməz insanı valeh edir. Orada olanda anlayırsan ki, bu məkanı Azərbaycan mənəviyyatının və mədəniyyətinin əsas anlayışlarından birinə çevirən sehirli ünsür nədir. Nə deyək axı, özünüz baxın:


Bəxtiyar Məmmədov
Azvision.az



Teqlər: Şuşa  





Xəbər lenti