Əfqanıstanda terrorda ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB

 Əfqanıstanda terrorda ölənlərin sayı 62 nəfərə çatıb -  YENİLƏNİB
  15 Oktyabr 2021    Oxunub :565
Əfqanıstanın cənubunda Qəndəhar şəhərindəki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
Azvision.az bu barədə "TASS"a istinadən məlumat verir.

Qeyd olunub ki, partlayışda ən azı 68 nəfər yaralanıb. Hadisə yerli vaxtla saat 13:30-da cümə namazı vaxtı baş verib.

***
Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində güclü partlayış baş verib.

Azvision.az xəbər verir ki, bu barədə yerli “Ashwaq” agentliyi məlumat yayıb.

Partlayış əyalətinin inzibati mərkəzindəki "İmam-Bərgah" məhəlləsində yerləşən şiə məscidində baş verib. Məlumata görə, terror aktı kamikadze tərəfindən törədilib.
Yerli sakinlər arasında çoxlu sayda ölən və yaralananlar var.

Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

Xatırladaq ki, bir həftə əvvəl ölkənin şimalındakı Kunduz əyalətində cümə namazı zamanı məsciddə törədilən partlayış nəticəsində ən azı 120 nəfər ölüb, 150 nəfər yaralanmışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   Partlayış  







Xəbər lenti