Xocalıya görə üzr istəməyə çağıran Vanyan öldü

Xocalıya görə üzr istəməyə çağıran Vanyan öldü
  15 Oktyabr 2021    Oxunub:767
Tanınmış erməni hüquq müdafiəçisi, Azərbaycan və erməni xalqları arasında hər zaman barışığın tərəfdarı kimi çıxış edən Georgi Vanyan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bir müddət əvvəl koronavirusa yoluxan hüquq müdafiəçisi vəziyyəti ağırlaşdığı üçün oktybarın 9-da Tbilisidə xəstəxanaya yerləşdirmişdi. Onda ikitərəfli pnevmoniya da aşkar edilmişdi.

Xatırladaq ki, Vanyan Qarabağ məsələsində konstruktiv mövqe sərgiləyən azsaylı siyasi fəallardan biridir. O, Azərbaycanla münasibətlərin bərpası, Qarabağın Azərbaycana qaytarılması, eləcə də Xocalı soyqırımına görə üzr istənilməsi barədə mövqeyinə görə Ermənistanda ağır təzyiqlərə, təqiblərə məruz qalırdı.

Vanyan açıqlamalarından birində ermənilər tərəfdən Qarabağ uğrunda müharibənin həmişə yalnız siyasi deyil, həm də ideoloji səviyyədə aparıldığını vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: GeorgiVanyan  





Xəbər lenti