"Mübarizəmiz fərqli şəkildə davam edəcək" - Ərdoğan

   "Mübarizəmiz fərqli şəkildə davam edəcək" -    Ərdoğan
  15 Oktyabr 2021    Oxunub:694
"Suriyanın təkcə şimalında deyil, bütün bölgələrində PKK, YPG və PYD yayılıb".
Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, koalisiya qüvvələri və ABŞ onları dəstəkləyən ölkələrin başında gəlir: "Onların verdiyi hər cür dəstək və silah-sursatla burada terror həyata keçirirlər. Biz də mübarizə aparırıq. Səbrimiz müəyyən yerə qədər davam etdi. Son olaraq 2 polisimiz şəhid oldu. Zaman-zaman orada şəhid olan mülki vətəndaşları görürük. Bütün bunlara qarşı mübarizəmiz önümüzdəki dövrdə fərqli bir şəkildə davam edəcək. Bu terror təşkilatlarına, Amerikanın məlum qüvvələrinə, rejim güclərinə qarşı mübarizə aparacağıq. Bu məsələdə qərarlıyıq".

Pərvanə Sultanova
Azvision.az




Teqlər:





Xəbər lenti