Evlərdən oğurluq edən qadın tutuldu

Evlərdən oğurluq edən qadın tutuldu
  15 Oktyabr 2021    Oxunub:746
Ağdaş rayonunun Kükəl kəndindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ərəb kənd sakini F.Paşayeva Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, F.Paşayevanın sentyabrın 23-də daha bir evdən 3100 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib. Faktlarla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti