Ərdoğan Azərbaycanla qaz müqaviləsindən danışıb
“Biz tədbirlərimizi görmüşük. Azərbaycanla bağlanan bütün müqavilələr ehtiyat tədbiridir. Rusiya ilə müqavilələrimiz bu baxımdan çox həssasdır. Həssaslığımızı eyni şəkildə davam etdiririk. Rusiya, İran və Azərbaycanla bağlanan bu cür müqavilələr belə böhranları yaşamayacağımıza işarədir”, - Ərdoğan qeyd edib.
O bildirib ki, yalnız Britaniya deyil, bir çox Qərb ölkələrində bu mövzuda sxıntılar davam edir: "Şükürlər olsun ki, hazırda belə bir problemimiz yoxdur. Tədbirlərimizi gördük, görürük. Bu məsələdə sıxıntı Türkiyə üçün müzakirə mövzusu deyil".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Azərbaycan Türkiyə