Gürcüstan "3+3" təşəbbüsünə hələ rəsmi reaksiya verməyib - XİN

Gürcüstan "3+3" təşəbbüsünə hələ rəsmi reaksiya verməyib -  XİN
  15 Oktyabr 2021    Oxunub:516
"Gürcüstan regionda "3+3" formatının yaradılması təklifinə hələ rəsmi cavab verməyib".
Azvision.az - ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"Gürcüstan rəsmi olaraq heç bir reaksiya verməyib. Amma son vaxtlar Gürcüstan bu mexanizmdə iştirak etməkdə maraqlı olmadığını bəyan edib", - Rudenko söyləyib.

Onun sözlərinə görə, Rusiya bu mexanizmi bölgə dövlətlərinin iştirakı ilə regional təhlükəsizlik problemlərinin müzakirə edilə biləcəyi çox əhəmiyyətli, perspektivli format olaraq görür.

Bundan əvvə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Türkiyə və Azərbaycan kimi bu təşəbbüsə müsbət münasibət bəslədiyini qeyd edib, həmçinin Gürcüstanın Qafqazın inkişafı ilə bağlı belə bir məsləhətləşmə mexanizmi yaratmaqda maraqlı olacağına ümid etdiyini bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti