Moldova azərbaycanlıları BMT və ATƏT-in qarşısında şəhidləri anıblar - FOTOLAR

   Moldova azərbaycanlıları BMT və ATƏT-in qarşısında şəhidləri anıblar -    FOTOLAR
  15 Oktyabr 2021    Oxunub:2245
Bu gün Moldova Azərbaycanlıları Konqresi (MAK) BMT və ATƏT-n Moldova Respublikasındakı nümayəndəliklərinin qarşısında piket keçiriblər. Aksiyanın məqsədi bir il əvvəl baş vermiş Vətən Müharibəsində şəhid olanların xatirəsini yad etmək olub.

MAK-ın aksiyadan öncə yaydığı rəsmi bəyanatda deyilir ki, müharibə təkcə siyasət və milli maraqlar deyil, hər iki tərəfdən açılan atəşin qarşısında insanlar və real talelər dayanır: “Hər bir ölüm konkret ailə və bütövlükdə xalq üçün dəhşətli ağrıdır. Vətənin maraqlarını müdafiə edən, müharibələr, hərbi əməliyyatlar nəticəsində zərər görən günahsız qurbanlar unudulmamalıdır”.


Yarım saatlıq piket ağır itkilər və dərin kədərlə üzləşən ailələrə hörmət əlaməti olaraq, tam sakitlik və susqunluq şəraitində keçib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Vətən Müharibəsində şəhid olanların sayı 2823 nəfərə çatıb, 1245 nəfər yaralanıb, 30-dan artıq hərbi qulluqçu itkin düşüb, 50 şəhidin isə şəxsiyyəti müəyyən edilə bilinməyib.


Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, oktyabrın 27-dən dekabrın 14-dək düşmənin etdiyi hərbi hərəkətlər nəticəsində Azərbaycan tərəfdə dinc əhali arasında 101 nəfər həlak olub, 423 mülki şəxs yaralanıb.


“Moldova Azərbaycanlıları Konqresi həyatı vaxtsız tərk edənlərə görə dərindən kədərlənir, 2020-ci ilin payızındakı hərbi əməliyyatlar zamanı ağır itki verən bütün ailələrə dərin hüznlə başsağlığı verir. Hərbi əməliyyatların ildönümü başlayandan analoji dinc piketlər Kişinyovda hər cümə günü keçirilir və bütün noyabr ayı ərzində davam edəcək”,- Aksiyanın qətnaməsində deyilir.

Digər fotolar üçün lentə baxın:

Qalereya




Teqlər: Moldova   Diaspor   Şəhidlər  





Xəbər lenti