Ölkə üzrə oktyabrın pensiyaları tam ödənilib

Ölkə üzrə oktyabrın pensiyaları tam ödənilib
  15 Oktyabr 2021    Oxunub:512
Ölkə üzrə oktyabr ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azvision.az - a verilən məlumata görə, fond tərəfindən oktyabr ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb. Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Azvision.az


Teqlər: Pensiya  





Xəbər lenti