İstanbuldan Qarabağa ilk qatar yola salınıb - Video

Bildirilib ki, qatarla payızlıq əkin üçün toxumluq buğda gətirilir.
28 konteynerdən ibarət ilk blok qatar Türkiyənin Tekirdağ bölgəsindən (İstanbul) yola salınıb. Konteynerlər 40 futluqdur.
Qatar Azərbaycana çatdıqdan sonra dəmir yolu nəqliyyatı vasitəsilə müəyyən olunmuş stansiyaya qədər gətiriləcək. Daha sonra konteynerlər avtomaşınlara aşırılaraq işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına çatdırılacaq.
Qeyd edək ki, TURKUAZ layihəsi “ADY Konteyner”-in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsuldur.
Azvision.az
Teqlər: Qarabağ