"İsrailin Qarabağda mövcudluğu İranın uydurmasıdır" - İsrailin Rusiyadakı səfiri

   "İsrailin Qarabağda mövcudluğu İranın uydurmasıdır" -    İsrailin Rusiyadakı səfiri
  15 Oktyabr 2021    Oxunub:1040
İranın Azərbaycanda, daha dəqiq desək, Qarabağda hərbi mövcudluğu ilə bağlı İsraili ittiham etməsi fantaziyadan başqa bir şey deyil. İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi NEWS.ru saytına müsahibəsində belə deyib.
Səfir qeyd edib ki, sözügedən ərazidə həm Rusiyanın, həm də Türkiyənin hərbçilərindən ibarət monitorinq qrupu fəaliyyət göstərir və İsrailin orada mövcudluğundan hər kəsdən öncə onlar xəbər tutardılar.

"Əminəm ki, belə bir şey olsaydı, bunu hamı görərdi, bütün mətbuat bundan danışardı, ona görə də deməliyəm ki, bu, sadəcə olaraq İranın uydurmasıdır. İran bunu Azərbaycan onun yolunu bağladığı üçün edir. Azərbaycan İranın Ermənistana müxtəlif yükdaşımalarına mane olduğu üçün iki ölkə arasında gərginlik yaranıb. Açığı, İran üçün ən asan yol olmayan "İsrail kartı" ilə oynamaqdır " - Ben Zvi deyib.

Səbinə Həsənova

Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti