Tonoyan həbsdə qalacaq

 Tonoyan həbsdə qalacaq
  15 Oktyabr 2021    Oxunub:1482
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq. Hakim Tiqran Saakyanın sədrliyi ilə keçirilən Apellyasiya Məhkəməsi onun şikayətini rədd edib.
Azvision.az xəbər verir ki, Tonoyanın vəkili Avetik Karapetyanın sözlərinə görə, məhkəmənin qərarı ilə hələ tanış olmayıblar, amma çox güman ki, bundan şikayət edəcəklər.

Qeyd edək ki, D. Tonoyan dövlət 2,277,323,840 dram pulu mənimsəməkdə və saxtalaşdırmaqda, ictimai təhlükəli əməllər törətməkdə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti