Məsciddə partlayışı "İŞİD" törədib - "Taliban"

Məsciddə partlayışı "İŞİD" törədib -    "Taliban"
  16 Oktyabr 2021    Oxunub:1014
“Taliban” rəhbərliyi Əfqanıstanın Qəndəhar şəhərindəki şiə məscidində törədilən terror aktını pisləyir və hadisədə “İŞİD” in Xorasandakı qolunu günahlandırır.
AzVision.az xəbər verir ki, bunu “Taliban” hökumətinin nümayəndəsi Bilal Kərimi deyib.

Onun sözlərinə görə, terror aktı ilə bağlı araşdırmalara başlanılıb, cinayətkarlar tapılaraq cəzalandırılacaq.

Xatırladaq ki, oktyabrın 15-də Əfqanıstanın Qəndəhar şəhərində şiə məscidində törədilmiş terror aktı nəticəsində azı 63 nəfər ölüb, 83 nəfər yaralanıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Əfqanıstan   Məscid   Partlayış  





Xəbər lenti