Yanğına görə maşınların hərəkətinə məhdudiyyət qoyulub

Yanğına görə maşınların hərəkətinə məhdudiyyət qoyulub
  16 Oktyabr 2021    Oxunub :390
Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi(BNA) məlumat yayıb.

BNA ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməməyi tövsiyə edir.

AzVision.az

Teqlər: Yanğın   BNA  







Xəbər lenti