Albaniyada dörd rus turistin cəsədi tapılıb

Albaniyada dörd rus turistin cəsədi tapılıb
  16 Oktyabr 2021    Oxunub:805
Albaniyadakı bir otelin saunasında dörd Rusiya vətəndaşının cəsədi tapılıb. “Albanian Daily News”un məlumatına görə, ölümə səbəb boğulma olub.
AzVision.az xəbər verir ki, ölkə polisi məlumatı təsdiqləyib.

"Təxminən saat 22.20-də Kerret rayonundakı otelin saunasında Rusiya vətəndaşı olan dörd nəfərin cəsədi tapılıb. Onların hamısı boğulub", - polisin açıqlamasında vurğulanıb.

Qeyd olunub ki, ölənlər iki kişi və iki qadındır. Onlar 31-58 yaşlarında olublar.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Albaniya   Rusiyalı-turistlər  





Xəbər lenti