"Erməniləri Qafqaza xristian buferi yaratmaq üçün köçürdülər"- Danielyandan etiraf

   "Erməniləri Qafqaza xristian buferi yaratmaq üçün köçürdülər"-   Danielyandan etiraf
  16 Oktyabr 2021    Oxunub :657
İkinci Qarabağ müharibəsindən sonra xaos yaşayan Ermənistan hələ də iqtisadi-siyasi sabitliyə həsrət qalıb. Media artıq ölkənin dünyanın siyasi xəritəsindən silinmək üzrə olduğunu yazır, İrəvanın beynəlxalq və regional proseslərdə isə formal olaraq iştirak etdiyini qeyd edir.
Məsələn, son prosesləri mətbuata şərh edən politoloq Stepan Danielyan deyib ki, Ermənistan diplomatiya və xarici siyasətlə bağlı ciddi böhran yaşayır. Maraqlıdır ki, Danielyan uzun illərdir təbliğ olunan erməni yalanının da üstündən xətt çəkib. O aşkar şəkildə etiraf edib ki, ermənilər bölgəyə böyük güclərin regional maraqları səbəbindən köçürüldülər. AzVision.az xəbər verir ki, erməni politoloq Türkiyənin böyük ölkəyə çevrilməsindən də söz açıb. O dolayısı ilə etiraf edib ki, Ankara beynəlxalq və tarixi proseslərədn məharətlə yararlanmağı bacarır.

- Bizim əsas problemimiz siyasi xəritə anlayışı barədə təsəvvürümüzün belə olmamasıdır. Xəritəyə diqqətlə baxsanız, əksər ölkələrin sərhədlərinin bir hissəsinin siyasi fəlsəfə baxımından müəyyən edildiyini görəcəksiniz.

"Azərbaycan Naxçıvanla dəmir yolu və avtomobil əlaqəsi əldə edəcək" - Paşinyan
Məsələn, nəhəng ölkə olan bugünkü Türkiyə Rusiya ilə Avropa arasındakı rəqabətdən yararlanıb. İngiltərə və Fransa Türkiyəni məhv etmək istədikdə, Rusiya Türkiyəyə dəstək oldu. Yaxud da tarixin müəyyən dövründə proses əksinə baş verdi, Avropa Türkiyəni xilas etdi. Səbəb aydındır: Rusiyanın marağında idi ki, Bosfora və Çanaqqalaya İngiltərə deyil, Türkiyə nəzarət etsin. Rusiya Türkiyəni ələ keçirməyə çalışanda isə İngiltərə, Moskvanın Aralıq dənizinə girməsinin qarşısını almaq üçün Ankaraya dəstək olub. Yəni Türkiyə mühüm bufer rolunu oynayır. Eyni şeyi geosiyasi funksiyası Rusiya ilə İngilis Hindistanı arasında bufer rolunu oynayan rəngarəng bir süni dövlət olan Əfqanıstan üçün də demək olar.

Hazırda oxşar proseslər davam edir, Qərb Ukraynanı bufer kimi hazırladı ki, Rusiya Avropaya böyük təsir göstərə bilməsin. Monqolustan isə Rusiya ilə Çin arasında bufer rolunu oynayan ölkəyə çevrilib. Əks halda imkan verməzdilər ki, bir neçə milyon monqol belə bir böyük əraziyə -indiki Monqolustan torpaqlarına malik olub bura nəzarət etsin. Bu cür nümunələr çoxdur.

Erməni politoloq tarixi iddialarını regional məsələlərə də daşıyaraq deyir ki, eyni şey Ermənistan və Gürcüstanla da bağlı baş verib.

- 1828 -ci ildə Moskva müsəlman Türkiyəsi ilə Rusiya arasında xristian buferi yaratmaq üçün ermənilərin yaşayacağı bir ərazi tələb etdi. Onlar bölgədə gürcülərin az olması səbəbindən bura erməniləri köçürdü. İndi isə görürük ki, nə ABŞ, nə də Avrova öz qoşunlarını Zəngəzura yaxınlaşdırdı. Bunu İran etdi. Çünki Zəngəzur bufer rolunu oynayaraq onlar üçün həyati əhəmiyyət kəsb edir.

Nə deyə bilərəm, xəritəyə baxın, Ermənistanın mümkün geosiyasi rolunu tapın.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Bufer   Ermənistan   Rusiya   Türkiyə  







Xəbər lenti