Bakıda zeytun bağına media tur başlayıb

Bakıda zeytun bağına media tur başlayıb
  16 Oktyabr 2021    Oxunub :361
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı media nümayəndələrinin Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində salınmış zeytun bağına media turu başlayıb.
AzVision.az xəbər verir ki, səfər media nümayəndələri ilə birgə yeni layihəyə çərçivəsində baş tutub. Layihə çərçivəsində jurnalistlərlə nazirliyin rəhbər şəxsləri arasında əməkdaşlığın səmimi və daha əlçatan qurulmasını təmin etmək məqsədilə qeyri-rəsmi görüşlərin təşkili nəzərdə tutulub:

Qeyd olunub ki, bu görüşlər nazirliyin fəaliyyət istiqamətlərini əhatə etməklə mütəmadi olaraq keçiriləcək. Jurnalistlər onları maraqlandıran suallara cavab alacaq, ETSN-in ayrı-ayrı qurumlarının gördüyü işlərlə daha yaxından tanışlıq və informasiyanı ilk mənbədən almaq imkanı qazanacaq.

Jurnalistlər Zeytun bağında bir neçə il əvvəl əkilən ağacların bəhrəsini görəcək, onlara qulluq edəcək, dincələcək, məhsul toplayacaq, eyni zamanda ETSN-in rəhbər şəxsləri ilə görüşərək onları və ictimaiyyəti maraqlandıran suallara cavab ala biləcəklər".

Aytən Zəhra
AzVision.az

Teqlər: Zeytun  







Xəbər lenti