Hüseyn Dəryanın şəxsi əşyaları oğurlanıb

Hüseyn Dəryanın şəxsi əşyaları oğurlanıb
  25 Mart 2014    Oxunub:1334
Reperin avtomobilindən 2 sot torpağın sənədləri, son ifasının demo versiyaları olan disklər, həyata keçirməyi planladığı bir neçə layihələr yoxa çıxıb.
Məşhur rep ifaçısı Hüseyn Dəryanın ölümündən artıq xeyli müddət keçməsinə baxmayaraq onun barədə gəzən söz-söhbətlər birmək bilmir.

AzVision.az xəbər verir ki, ANS televiziyasında yayımlanan "Adam içində" verilişində bir daha reperin ölümü və yaşadıqları müzakirə olunub.

Qonaq qismində proqrama ifaçının sənət yoldaşları qatılıblar. Müzakirə olunan əsas məqamlardan biri isə mart ayının 15-i gecə saatlarında avtomobil qəzası keçirdiyi zaman Hüseynin maşınında ona aid olan şəxsi əşyaları olub, qəzadan sonra isə həmin əşyaların tapılmadığı deyilib.

Reperin yaxın dostu və tez-tez ünsiyyətdə olduğu prodüser Sayqa Cahid bildirib ki, hadisə zamanı ifaçının avtomobilində Binə qəsəbəsində ona hədiyyə olunan 2 sot torpağın sənədləri, son ifa etdiyi replərin demo versiyaları olan disklər, həyata keçirməyi planladığı bir neçə layihələr və digər əşyaları yoxa çıxıb. Həmin əşyaları görən şəxslərdən onu qaytarmağı xahiş olunub. Hüseynin yarımçıq qalmış səs yazmaları və digər işləri üzərində işlənib onun xatirinə efirə verilməsi gözlənilir.

Ans Press


Teqlər:





Xəbər lenti