Gevorqyan deyir ki, postda dayanan 7 nəfərə mövqelərini qoyub qaçmaq əmri verilsə də, onlar qısa müddətdə öldürülüblər.
- Vahan Budoyan Vardenisdən idi. Rusiyadan qayıdaraq orduya çağırıldı. Qubadlıda xidmət edib, bir il sonra isə artıq tank komandiri olubmuş. O, müharibənin ilk günlərindən Cəbrayıl göndərildi. Sonuncu dəfə oktyabrın 15 -də qohumlarına zəng edərək onlarla bir neçə gün əlaqə saxlaya bilməyəcəyini söyləyib. Bu onun soncu zəngi olub. Vahan 7 dostu ilə birlikdə Cəbrayıldakı postunda öldürüldü. Deyirlər ki, mövqedən geri çəkilmək əmri olubmuş və o yaralı dostlarına kömək etməyə çalışıb. Beləcə qısa müddətdə dostları ilə birgə öldürülüb. Ölümündən sonra Vahanın üzərində daşıdığı hərbi kitabçasında xaç tapılıb. Təəssüf ki, müharibədəki bir çox dualar cavabsız qaldı. Vahanın isə 20 yaşı olub.
Qeyd edək ki, Aram Gevorqyan ölkəsində hökumətin gizlin saxladığı hərbi məlumatları aşkarlaması ilə tanınır. O son bir ildə müharibədə ölən xeyli sayda erməni döyüşçünün adının rəsmi şəkildə açıqlanan itki siyahısında olmamasını üzə çıxarıb.
Tural Tağıyev
AzVision.az