Qarabağın su ehtiyatları 2 milyard kub metrə yaxındır

   Qarabağın su ehtiyatları 2 milyard kub metrə yaxındır
  16 Oktyabr 2021    Oxunub:1437
Torpaqların işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu. Həmin ərazilərin ümumi su ehtiyatları 2 milyard kub metrə yaxındır. Bu, gələcəkdə bölgənin içməli su ilə təminatına, əkin sahələrinin suvarılmasına kömək edəcək.
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov mediaturda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Sərsəng, Köndələn çay üzərindəki su anbarı və Tərtər çayının su ehtiyatlarından istifadə edilməsi bölgə üçün böyük imkanlar yaradır:

"İşğaldan azad edilmiş ərazilərdə əhalinin şirin su ehtiyatları ilə təmin olunması üçün həmin mənbələrdən istifadə edilməsi vacibdir. Bununla bağlı layihələr hazırlanmaqdadır".

V.Əliyev qeyd edib ki, növbəti illərdə Bərgüşad çayı üzərində su anbarlarının tikilməsi nəzərdə tutulur: "Eyni zamanda Ağdam, Füzuli şəhərlərinin su təchizatı ilə təmin olunması ilə bağlı layihələr hazırlanacaq. Bunlar çox bahalı layihələrdir. Dövlət investisiyası cəlb olunduqca növbəti illərdə onların nəticələrini də görəcəyik".

Aytən Zəhra
AzVision.az



Teqlər: Su   Ekologiya  





Xəbər lenti