NATO-nun xüsusi nümayəndəsi Azərbaycana gəlir

   NATO-nun xüsusi nümayəndəsi Azərbaycana gəlir
  16 Oktyabr 2021    Oxunub:1369
NATO-nun Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi, ispaniyalı diplomat Xavyer Kolomina gələn həftə Azərbaycana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə o, Tvitterdə yazıb.

“Gələn həftə xüsusi nümayəndə vəzifəsində Qafqaz regionuna baş tutacaq ilk səfərimi səbirsizliklə gözləyirəm. Mən, NATO-nun Qafqazla əməkdaşlığını genişləndirməyin yollarını müəyyən etmək üçün Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəm”, - Kolomina vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: NATO   Azərbaycan  





Xəbər lenti