Xüsusi xidmət orqanı Ohanyanın Rusiya səfərini əngəllədi

   Xüsusi xidmət orqanı Ohanyanın Rusiya səfərini əngəllədi
  16 Oktyabr 2021    Oxunub:1054
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın ölkədən çıxışına qadağa qoyulub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, xüsusi xidmət orqanı "Hayastan" fraksiyasının rəhbəri, eks-nazir Seyran Ohanyanın Sankt -Peterburqa uçmasına icazə verməyib. Müxalif deputat Rusiyada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) Parlamentlərarası Assambleyasının iclasında iştirak edəcəkmiş.

- Xüsusi İstintaq Xidməti "Hayastan" fraksiyası rəhbərinin Rusiya səfərinə icazə vermədi. Seyran Ohanyana olan bu məhdudiyyət müddəti bitmiş keçmiş cinayət araşdırması çərçivəsində baş tutub. Bu isə artıq qanunla lağ-lağılıq etməkdir.

Ölkə üçün hazırkı ağır şəraitdə xarici partnyorlarla təmas təcrübəsi olan müxalifətçi deputatlar Seyran Ohanyan və Armen Qorqyanın Ermənistanı beynəlxalq təşkilatlarda təmsil etməsinə qadağa qoymaq onların toxunulmazlıq hüququnun növbəti dəfə pozulması faktıdır. Bu, ölkəmizdə demokratiyanın çökdüyünü sübut edir-, "Hayastan" blokunun bəyanatında deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti