Tarif Şurasının qərarı büdcədən asılılığı aradan qaldıracaq - Azəriqaz

   Tarif Şurasının qərarı büdcədən asılılığı aradan qaldıracaq -    Azəriqaz
  16 Oktyabr 2021    Oxunub:1233
Tarif (qiymət) Şurasının bu günkü iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair müvafiq qərarlar qəbul edilib. Qərara əsasən əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılır.
Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilmir və əvvəlki həddə saxlanır. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılır.

"Azəristiliktəchizat" ASC-yə, məhəllə qazanxanalarına və CNG yanacaqdoldurma məntəqələrinə satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılır.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev AzVision.az -a açıqlamasında bildirib ki, Tarif Şurasının verdiyi bu qərar qurumun daha rentabelli işləməsinə, büdcədən asılılığın aradan qaldırılmasına hesablanıb:

"Dövlətin qarşısında duran ən ümdə məsələlərdən biri dövlət qurumlarının büdcədən asılı olmamasıdır. Bu asılılığın aradan qaldırılmsı, rentabelliyin təmin edilməsi xidmət sahəsində inkişafa da təkan verəcək. Ümidvaram ki, bundan sonra da Azəriqaz İB göstərdiyi xidmət artımlar müqabilində daha yüksək səviyyədə olacaq".

AzVision.az


Teqlər: Azəriqaz   Qiymət  





Xəbər lenti